Rusiya Avropaya hücum edəcəkmi? - Kəşfiyyat
Son həftələrdə Rusiyanın NATO-ya mümkün hücumu ilə bağlı müzakirələr Avropanın hava məkanında baş verən bir sıra insidentlər və təxribatlar fonunda daha da intensivləşib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” nəşri qeyd edib.
Nəşr qeyd edir ki, avropalı rəsmilərin əksəriyyəti Moskvanın genişmiqyaslı quru hücumuna hazırlaşdığına dair əlamət görmür:
“Narahatlığa səbəb olan hadisələr arasında Rusiyanın Mi-8 hərbi helikopterinin Kalininqrad yaxınlığında Polşanın hava məkanına daxil olması, Qdansk yaxınlığında yerləşən ABŞ-ın raketdən müdafiə bazasının yaxınlığında naməlum pilotsuz uçuş aparatının görünməsi və “Gerbera-2” zərbə dronunun Baltik dənizi sahilinə düşməsi var. Daha bir pilotsuz uçuş aparatı Ukrayna sərhədi yaxınlığında lokomotivə çırpılıb.
Bu fonda Polşa, Fransa və Norveçin baş nazirləri Rusiyanın “təsadüfən” NATO ərazisinə zərbə endirməsi riski ilə bağlı xəbərdar ediblər. Ayrı-ayrı xüsusi xidmət orqanlarının nümayəndələri və analitik mərkəzlər də Rusiyanın Alyans ərazisinə məhdud müdaxilə edə biləcəyini istisna etməyiblər.
İki avropalı kəşfiyyat əməkdaşı anonimlik şərti ilə bildiriblər ki, Alyans daxilində Rusiyanın belə bir planının mövcudluğuna dair heç bir məlumat yoxdur”.
“Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?