Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

BUTA.TV Xitab24.az-a istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.

Onun bu davranışından iki tələbə zərər çəkib.

Tələbələrin şikayətindən sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməl sübuta yetirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

F.Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildirilib ki, mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.

İntim münasibətdən sonra qadını pəncərədən atdı - "AF Hotel"dəki dəhşətli hadisənin təfərrüatı - FOTO İntim münasibətdən sonra qadını pəncərədən atdı - "AF Hotel"dəki dəhşətli hadisənin təfərrüatı - FOTO