Gənclər və İdman Nazirliyinin son aylarda keçirdiyi satınalma müsabiqələri ilə bağlı yeni məlumatlar yayılıb. Məlumata görə, “Tədbirçi Event Organizer Group” MMC nazirliyin keçirdiyi bir neçə tenderin qalibi olub.

BUTA.TV xəbər verir ki, “Yeni Avaz”ın yaydığı məlumatda şirkətin “Yol: Dövlət, Ənənə və Transformasiya” layihəsinin həyata keçirilməsi ilə bağlı xidmətlərin satın alınması üzrə keçirilən tenderdə qalib olduğu bildirilir. Məlumata görə, müqavilənin dəyəri 109 min 960 manat 66 qəpik təşkil edir.

Yayılan məlumatda qeyd olunur ki, “Tədbirçi Event Organizer Group” MMC son bir il ərzində Gənclər və İdman Nazirliyinin keçirdiyi daha 4 satınalma müsabiqəsində də qalib gəlib. Həmin müqavilələrin ümumi dəyərinin isə 636 min 999 manat 64 qəpik olduğu iddia edilir.

Beləliklə, paylaşımda şirkətin son 5 ay ərzində nazirliklə bağladığı müqavilələrin ümumi məbləğinin 637 min manata yaxın olduğu bildirilir.

Məlumata görə, “Tədbirçi Event Organizer Group” MMC 2024-cü ilin martında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalının 10 manat olduğu və hüquqi ünvanının Bakı şəhəri, Heydər Əliyev prospekti, ev 115, mənzil 178B-də yerləşdiyi qeyd edilir.

Şirkətə Surxay İlqar oğlu Qarayevin rəhbərlik etdiyi bildirilir. Paylaşımda onun eyni zamanda gimnastika üzrə hakim olduğu da qeyd olunub.

Məlumatda daha bir diqqətçəkən məqam kimi Surxay Qarayevin Gənclər və İdman naziri Fərid Qayıbovla əvvəllər sosial şəbəkələrdə foto paylaşması göstərilir. Qayıbovun bundan əvvəl Azərbaycan Gimnastika Federasiyasının baş katibi olduğu da xatırladılır.


İntim münasibətdən sonra qadını pəncərədən atdı - "AF Hotel"dəki dəhşətli hadisənin təfərrüatı - FOTO İntim münasibətdən sonra qadını pəncərədən atdı - "AF Hotel"dəki dəhşətli hadisənin təfərrüatı - FOTO