Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin əmlakı üzərinə həbs qoyulub.

“BUTA.TV”nun əldə etdiyi məlumata görə, icra başçısının mülklərinin demək olar, hamısı Bakıda yerləşir:

1. Bakıda fərqli ünvanlarda bir neçə mənzil;

2. Bağ evi;

3. Qeyri-yaşayış sahələri (obyektlər);

4. Üç bahalı minik avtomobili;

5. Doğulduğu Göyçay rayonunda bağ evi.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında üzərinə həbs qoyulan əmlakların ümumi qiyməti 3 milyon manata yaxındır.

Artıq DTX bu iş üzrə istintaqı bitirib. İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (mənimsəmə-külli miqdarda), 311.3.2, 311.3.1, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yekun ittiham verilib. Bu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.

Eks-icra başçısının işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. İlk məhkəmə gələn cümə keçiriləcək.

Qeyd edək ki, İslam Rzayev ötən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sail Ağasəlim

Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir