Külək Gəncədə fəsadlar törətdi - Video
Video
Gəncə şəhərində güclü küləyin ağacı aşırması nəticəsində evə və iki avtomobilə ziyan dəyib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
İrigövdəli çinar ağacının iri budağı bir evə, mağazanın damına və iki avtomobilin üzərinə düşüb. Mağazanın tavanına və nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, aşmış ağacın ərazidən götürülməsi istiqamətində işlər aparılır.
Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində nə danışıb?