Məleykə Abbaszadə bufetdə tələbələrlə birlikdə... - Foto
Foto
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə universitetin bufetində tələbələrlə bir araya gəlib.
BUTA.TV Azxəbər.com-a istinadla xəbər verir ki, fotoda rektorun tələbələrlə eyni masada əyləşdiyi əks olunub.
Qeyd edək ki, Məleykə Abbaszadə 19 noyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunub. O, bu təyinatadək Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, sabiq rektor Elçin Babayevin də vəzifəyə gəldiyi ilk aylarda BDU-nun bufetində nahar etməsi, həmçinin tələbələrlə eyni masada çay içdiyini və söhbətləşdiyini əks etdirən görüntülər vaxtaşırı yayılırdı.
Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində nə danışıb?