21:30

Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş etməyə məcbur olan təyyarədəki sərnişinləri gətirmək üçün göndərilən təyyarə artıq Təl-Əvivin Ben-Qurion hava limanına eniş edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Bildirilib ki, əvvəlki təyyarədə olan bütün sərnişinlər xilasetmə təyyarəsi ilə Təl-Əvivə gətiriliblər.

Baş nazir Benyamin Netanyahu və nəqliyyat naziri Miri Regev sərnişinləri qarşılamaq üçün Ben-Qurion hava limanına gəliblər.

Vurğulanıb ki, təyyarədə 174 sərnişin olub, onlardan 166-sı israillidir. Yüngül xəsarət alan 51 sərnişin Ben Qurion hava limanından yoxlanış üçün birbaşa xəstəxanaya aparılıb.

Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi üzə çıxıb.

Ehtiyyac içində yaşayıram, övladlarım işsizdir - Xalq artisti Ehtiyyac içində yaşayıram, övladlarım işsizdir - Xalq artisti