Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?
“Elm və Təhsil naziri Emin Əmrullayev Prezidentin imzaladığı Sərancamın icra olunmamasının səbəblərini açıqlamalıdır”.
“BUTA.TV” xəbər verir ki, bu barədə sabiq deputat Etibar Əliyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Azərbaycan Pedaqoji Universitetində və Azərbaycan Tibb Universitetindəki mövcud biabırçı durum həqiqətən kollapsdır:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərancamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunub”.
“Bu vacib Sərəncamın Milli prioritetlər sırasında "XXI əsrin tələblərinə uyğun təhsil" məqsədi kimi 2028-ci ilə qədər Dünyada top 800-lükdə təmsil olunan Azərbaycan universitetlərinin sayının 3-ə çatdırılması nəzərdə tutulub.
Universitetlərin bir neçəsi hədəfə "çatmaq" üçün dünyada heç bir nufuzu olmayan "QS World University Rankings" və “UI GreenMetric" kimi yandaş reytinqlərə yol tapa bildilər. Xərclənən yüksək məbləğlərə rəğmən edilən simulyasiya barədə təhsil mütəxəssislərinin məlumatı var. Bu hərəkətlər Azərbaycan cəmiyyətini ələ salmağa xidmət edir.
Hal - hazırda dünya universitetlərinin 3 əsas reytinqi mövcuddur:
Şanxay Universiteti (Shanghai University IHE, ARWU)
Times Higher Education
Webometrics
Dünən Times Higher Education Dünya Universitetləri Reytinqi: 2027 (THE WUR 2027) açıqlandı.
UNEC istisna olmaqla vəziyyət çox acınacaqlıdır. Yalnız bu Universitet Strategiyada qoyulan hədəfə çatıb.
UNEC THE 2026: 801-1000, THE 2027: 701-800.
Bakı Dövlət Universiteti 2025-cü ildə 1500+, 2026-ci ildə 1500+, THE 2027-ci ilin reytinqində 1601-1800.
Neft və Sənaye Universiteti 2025-ci 1500+, 2026-cı ildə 1500+, THE 2027-də1801-2000
Azərbaycan Texniki Universiteti 2001+
Azərbaycan Tibb Universiteti 2001+
Universitetlərimizin indiki durumu xüsusilə, Azərbaycan Pedaqoji Universitetində və Azərbaycan Tibb Universitetindəki mövcud biabırçı durum həqiqətən kollapsdır”.
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ