Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) 2013-cü ildə Hatay vilayətinin Reyhanlı şəhərində törədilən terror aktının suriyalı iştirakçılarından biri olan Ömər əl-Xətibi yaxalayıb.

BUTA.TV xəbər verir ki, bu barədə MİT məlumat yayıb.

Məlumata görə, Xətib İnterpolun “qırmızı bülleten”i əsasında beynəlxalq axtarışda olub.

“O, Türkiyədən dəniz yolu ilə Avropaya getməyə hazırlaşarkən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Terrorçu hücumun təşkilində əsas rol oynayıb, birbaşa cinayətkarlarla keçmiş Suriya prezidenti Bəşər Əsəd hökuməti ilə əlaqəli kəşfiyyat rəsmiləri arasında rabitə və koordinasiya təmin edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, 2013-cü ilin mayında Reyhanlıda iki avtomobilin partladılması ilə terror aktı törədilib. Terakt nəticəsində 53 nəfər həlak olub, onlarla insan yaralanıb.

“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ “Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ