Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video
Video
Rəqqas Nicat Azadlının həyat yoldaşı ona qarşı fiziki və psixoloji zorakılıq olunduğunu iddia edib.
BUTA.TV xəbər verir ki, bu barədə onun həyat yoldaşı sosial şəbəkədə azyaşlı övladı qucağında olarkən avtomobildə şiddətə məruz qaldığını əks etdirən görüntülər paylaşıb.
O, həyat yoldaşı və ailə üzvləri tərəfindən təzyiq və zorakılığa məruz qaldığını, bununla bağlı foto, video və səsyazılarını hüquq-mühafizə orqanlarına təqdim etdiyini bildirib.
Qadının sözlərinə görə, məsələ məhkəməyə qədər gedib və nəticədə qarşı tərəf 1 500 manat cərimələnib. O, baş verənlərin araşdırılmasını və yaşadığı hadisələrə biganə qalınmamasını istəyib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?