“Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm”
Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb.
“BUTA.TV” xəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millinin düşərgəsini niyə tərk etdiyini açıqlayıb.
Ronaldo bildirib ki, baş məşqçi onun üçün milli komandada xüsusi plan hazırlayıb və ilkin razılaşmaya əsasən Norveç və Danimarkaya səfərlərdə iştirak etməməli, yalnız Draqaodakı oyunda meydana çıxmalı idi. Lakin Norveçlə matç öncəsi ondan 30 dəqiqə oynamağa hazır olması istənilib. Ronaldo razılaşsa da, isinməsinə baxmayaraq, meydana buraxılmayıb.
“Qalanını hamı bilir. İkinci hissədən etibarən isinməyə başladım, dəqiqələrin keçməsini izlədim və oyuna buraxılmadım. Baş məşqçi sözünü tutmadı.
Matçın sonunda sadəcə hər şeyin qələbə ilə başa çatmasını və tək qalmaq istəyirdim. Azarkeşləri salamlamağa getmədim. Bu, yalnız mənim məsuliyyətim olan və baş verməməli bir səhv idi.
Orada bizə dəstək olan portuqaliyalılardan, azarkeşlərdən və hətta portuqaliyalı olmasa da, məni görmək üçün ora gələn hər kəsdən üzr istəyirəm”.
Ronaldo bildirib ki, 48 saat sonra baş məşqçi və Simau Koutinyonun iştirakı ilə yenidən görüş keçirilib:
“Çox səmimi söhbət idi. Razılaşdıq ki, bunu həll etməyin yalnız bir yolu var. Baş məşqşi mənə ikilikdə dediklərini mətbuat otağında da təkrarlamalıdır. deyəcəkdi ki, mən oynamaq üçün hər hansı dəqiqə istəməmişəm, bunu məhz baş məşqçi təklif edib. Məni meydana buraxmadan isinməyə göndərməsinin səhv olduğunu və bir də belə halın təkrarlanmayacağını söyləyəcəkdi.
Mətbuat konfransı isə hamının bildiyi kimi keçdi. Oradakı münasibətin bizim görüşümüzlə heç bir əlaqəsi yox idi. Layiq olmadığımı düşündüyüm ifadələr və aqressivlik gördüm. Halbuki baş məşqçi əvvəlki gün şəxsi söhbətimizdə mənə belə bir münasibət göstərməmişdi”.
O, həmçinin tətbiq olunacaq cəzanı qəbul etdiyini və komandanın kapitanı kimi məsuliyyət daşıdığını qeyd edib.
Ronaldo milli komandada oynamağa davam etmək istədiyini də vurğulayıb:
“Bütün azarkeşlərimə, xüsusən də bütün portuqaliyalılara söz verə bilərəm ki, bir və ya daha çox vida matçımız olacaq. Bunun üçün vaxtımız olacaq.
Fiziki baxımdan sağlam olsam, tətbiq ediləcək cəzanı çəkdikdən sonra, həmişə olduğu kimi millimiz üçün mübarizə aparacağam”.
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto