Yas mərasiminə gedən 49 yaşlı zabit faciəvi şəkildə öldü
Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimində iştirak etmək üçün rayonun Kəmərli kəndinə gedib.
O, kənddəki ata evində dəm qazından boğularaq həyatını itirib.
Məlumata görə, mərhum ehtiyatda olan zabit olub və Bakı şəhərindəki 185 nömrəli tam orta məktəbdə hərbi müəllim işləyib.
Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi