Qazaxıstanda saxlanılan azərbaycanəsilli rusiyalı reper Navai (əsl adı Nəvai Bəkirov) məhbuslara qarşı işgəncə faktları ilə gündəmə gəlmiş istintaq təcridxanasına yerləşdirilib.

BUTA.TV bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

Qazaxıstanın Taraz şəhərində yerləşən 13 nömrəli istintaq təcridxanası 2022-ci ildə istintaq altında olan şəxslərlə amansız rəftar və işgəncə faktlarına görə gündəmə gəlmişdi. Hadisələr böyük rezonans doğurduqdan sonra ölkənin Baş Prokurorluğu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı araşdırmalara başlamağa məcbur olmuşdu.

Bildirilib ki, Nəvai Bəkirov hazırda təkadamlıq kamerada saxlanılır. İfaçının vəkili məsələni üç həftə ərzində hüquqi müstəvidə həll edərək prosesi yekunlaşdırmağa ümid edir.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video