Türkiyədə yağışın dayanması üçün qurban kəsdilər - Video
Video
Türkiyə bir neçə gündür aramsız yağan yağışlarla mübarizə aparır. Oktyabrın 14-də başlayan güclü yağış və fırtına İstanbulda ciddi fəsadlar törədib; bəzi rayonlarda hər kvadratmetrə 50-95 kq yağıntı düşüb. Sel və subasmalar nəticəsində yollar və yeraltı keçidlər su altında qalıb, hətta faciəli hadisədə 3 nəfər həlak olub.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, Türkiyənin Yalova şəhəri də hadisədən ən təsirlənən bölgələrdən biri olub. Yalovada güclü yağışdan sonra küçələr və prospektlər su altında qalıb.
Hadisələr fonunda şəhər sakinləri diqqət çəkən addım atınn. Bir qrup vətəndaş çayın üzərindəki körpüdə yağışın dayanması üçün dua edərək heyvan kəsib. Hadisə Yalovanın Armutlu rayonunda baş verib.
Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video