Biləsuvarda ağır yol qəzası olub.

“BUTA.TV” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.

Qəzada avtomobildə bir ailənin üzvləri olub. İlkin məlumata görə, sürücü və qayınana  ölüb. Maşında olan 3 nəfər ailə üzvü xəsarət alıb.

***

Qəzada həyatını itirənlərin kimliyi məlum olub.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən 1986-cı il təvəllüdlü Tacəddin Yusifov və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər. Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.

TƏBİB-dən bildirilib ki, Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) oktyabrın 17-də saat 10:30 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.

Surxay Şahbazov

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - Video Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - Video