Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd ANKA-3 PUA-sını sifariş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, ANKA-3 qanadlı raketləri daşımaq və "hava-hava" döyüşlərində iştirak etmə qabiliyyətinə malik, görünməz (stels) PUA-ların yaradılması istiqamətindəki təşəbbüsün mərkəzi elementi olacaq.
TUSAŞ rəsmilərinin sözlərinə görə, daha böyük gövdəyə və artırılmış faydalı yük tutumuna malik olan ANKA-3, noyabr ayında istifadəyə verilməsi planlaşdırılan yeni bir montaj xəttində istehsal olunacaq.
İlkin istehsal partiyasında 1,3 ton təşkil edən PUA-nın faydalı yük tutumunun, yeni istehsal partiyası ilə birlikdə 1,75 tona yüksələcəyi gözlənilir.
Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - Video