Əgər Üçüncü Dünya müharibəsi başlamazsa, bu, möcüzə olardı. Əgər səhv etsəm, dünyanın ən xoşbəxt insanı olardım. Amma qorxuram ki, səhv etmirəm.

BUTA.TV xəbər verir ki, bu barədə Serbiyanın istefa verən prezidenti Aleksandr Vuçiç deyib.

"Əgər Avropanın özünü necə silahlandırdığını görmürsünüzsə, deməli, onu görməzdən gəlirsiniz. Bəs niyə özünü silahlandırır? Hansı məqsədlə? Bu, Çexovun pyeslərini xatırladır: birinci pərdədə divarda silah asılıbsa, üçüncü pərdədə atəş açılacaq. Almanlar bu sektorda qeyri-adi irəliləyiş əldə ediblər. Onlar mənfəətlərini 17 dəfə artırıblar. 17 faiz yox, 17 dəfə", - deyə o bildirib.

Qeyd edək ki, Vuçiç 27 sentyabrda vəzifəsindən istefa verib və parlament seçkilərində komandasına şəxsən rəhbərlik edir.

Serbiyada parlament seçkisi 25 oktyabrda keçiriləcək.

General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - 10 ildən çox…