Ödədiyi hesaba görə dostunun ölümünə səbəb oldu
Bakının Suraxanı qəsəbəsində tanışını bıçaqlayaraq onun ölümünə səbəb olan 2002-ci il təvəllüdlü Rəvan Sehranoğlunun məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən 24 yaşlı gənc 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, tərəflərin mübahisəsi kafedə ödənilən hesab üstündə baş verib. Belə ki, Rəvan mərhum Elvin Quliyevi yuxudan oyadaraq kafedə qonaqlığa dəvət etdiyini, hesabı özünün ödəcəyini deyib.
Məclisdən sonra isə Rəvan hesabı aralarında böləcəyini bildirib. Elvin isə bununla razılaşmayıb. Nəticədə 80 manatlıq ödənişin yarısı Rəvan tərəfindən Elvinin borcu kimi qeydə alınıb.
Növbəti gün Rəvan 40 manatı geri istəyəndə tərəflər arasında mübahisə yaşanıb. Bu mübahisə zamanı Rəvan Elvinin qarın nahiyəsinə bir bıçaq zərbəsi endirib.
Üç ay xəstəxanada müalicə alan Elvin Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxsi məhkəmədə bağışlamayıb, ona ağır cəza verilməsini istəyib.
Bakıda hoteldə anasının başını kəsib, döyə-döyə öldürən Ayxana cəza verildi