Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib.
BUTA.TV xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:
"Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu deyən, fiziki işgəncələrə məruz qalan, əl və ayaq dırnaqları, dişləri çıxarılan bu kişi olub...
Bakıya gətiriləndən sonra məsciddə yuyularkən bədəninin nə halda olduğunu gördülər. Baxmayaraq ki, həyat yoldaşı Ceyran xanım və qızı Rəşidə xanım xəstəxanada idi, onun yanına buraxılmırdılar.
Bu adam Azərbaycan üçün böyük itki oldu, çox böyük. Azərbaycan deyəndə ilk yada düşən Rəşid Behbudov olurdu. Azərbaycanın səsi Rəşid Behbudov idi. Bu gün maestronun ruhu şaddır. Biz qalibik... Allah sizə rəhmət eləsin! Səsi Azərbaycan musiqi tarixinə brilyant hərflərlə yazılan ustad".
Bakıda hoteldə anasının başını kəsib, döyə-döyə öldürən Ayxana cəza verildi