Xocalı və Ağdərəyə növbəti köç yola salındı
Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç yola salınıb.
BUTA.TV xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar.
"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar