Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.

BUTA.TV xəbər verir ki, Yeni Klinikadan Modern.az-a Ehtiram Əliyevin müalicəsinin hazırda Terapiya şöbəsində davam etdirildiyi bildirib.

Qeyd olunub ki, pasiyentə xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları qoyulub. Hazırda onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Milli Qəhrəman Ehtiram Əliyev oktyabrın 18-də Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həmin vaxt onun vəziyyəti kritik ağır qiymətləndirilirdi. Hazırda isə səhhətindəki vəziyyət orta ağır olaraq dəyərləndirilir.

Polad Bülbüloğlu yeni xanımı ilə - ANAR ƏLƏKBƏROV PAYLAŞDI Polad Bülbüloğlu yeni xanımı ilə - ANAR ƏLƏKBƏROV PAYLAŞDI