Deputat Arzuxan Əlizadənin həbs edilən oğlu Əhməd Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür.

BUTA.TV xatırladır ki, bunu Arzuxan Əlizadə 2 aprel 2026-cı il tarixində Modern.az-a müsahibəsində deyib.

“Kiçik oğlum hüquqşünasdır, ali təhsilini yüksək nəticələrlə başa vurub. Zamanında imtahanlarda da yüksək bal toplamışdı, lakin müəyyən dövrlərdə siyasi baxışlara görə qarşısında maneələr də yaradılmışdı. Buna baxmayaraq, sonradan dövlət qulluğu imtahanlarından uğurla keçdi, uzun müddət məhkəmə sistemində çalışdı və hazırda hakim kimi fəaliyyət göstərir. İnanıram ki, o, bundan sonra da öz vəzifəsini layiqincə yerinə yetirəcək.

Böyük oğlum və qızım partiyanın üzvləridir və müxtəlif strukturlarda fəaliyyət göstərirlər. Onların gələcəkdə siyasətdə davam edib-etməyəcəyi isə artıq öz seçimlərindən asılıdır.

Ümumiyyətlə, siyasət kifayət qədər çətin sahədir. Bəzən insan özü hansı çətinliklərdən keçdiyini bildiyi üçün istəmir ki, övladları da eyni yolu seçsin. Amma mən heç vaxt onların seçiminə müdaxilə etməmişəm. Əgər bu yolu seçmək istəsələr, təbii ki, mane olmam və dəstək verərəm”, - deputat bildirib.

Qeyd edək ki, Əhməd Əlizadə deputatın böyük oğludur. O, Əhmədli qəsəbəsində yerləşən kafedə qətllə nəticələnən kütləvi davada iştirak etdiyi üçün saxlanılıb və Nizami rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, deputat Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, AMİP-ə 2015-ci ildən rəhbərlik edir.

Polad Bülbüloğlu yeni xanımı ilə - ANAR ƏLƏKBƏROV PAYLAŞDI Polad Bülbüloğlu yeni xanımı ilə - ANAR ƏLƏKBƏROV PAYLAŞDI