Arzuxan Əlizadənin oğlu həbs edildi
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.
Ona qarşı Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Ə.Əlizadənin qardaşı Orxan Əlizadə Xətai Rayon Məhkəməsində hakimdir.
Xatırladaq ki, insidentlə əlaqədar saxlanılan digər 5 nəfər - Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov, Eldar Eldarov, Həsən Zülfiqarov barəsində təqdimata Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə baxılıb və 4 ay həbs qətimkan tədbiri seçilib.
Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət isə hakimlərin özü-özünə etiraz ərizələri müvafiq qaydada baxılaraq həll edilməsi, habelə materialın baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdi.
Davada öldürülən Ceyhunun oğlu idmançıdır - Foto