Rusiyada gənclər daha qabarıq almacıq sümükləri və kəskin üz cizgiləri əldə etmək üçün “bonesmashing” (bounsməşinq) adlı təhlükəli üsula əl atırlar.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onlar üz sümüklərinin böyüyəcəyinə inanaraq çəkiclə üzlərinə zərbələr endirirlər. Bu üsul nəticəsində 100-dən çox insanın yaralandığı iddia olunur. Bəzi şəxslərdə qanaxma və hissiyyat itkisi yarandığı bildirilir.

Həkimlər xəbərdarlıq edirlər ki, bu üsulun elmi əsası yoxdur və sümük sınıqları, sinir zədələnməsi, görmə problemləri, eləcə də qalıcı üz deformasiyalarına səbəb ola bilər.

“Bonesmashing” (bounsməşinq) xarici görünüşü yaxşılaşdırmağa yönələn “looksmaxxing” (luks-məksinq) trendinin təhlükəli nümunələrindən biri hesab olunur.

Polad Bülbüloğlu yeni xanımı ilə - ANAR ƏLƏKBƏROV PAYLAŞDI Polad Bülbüloğlu yeni xanımı ilə - ANAR ƏLƏKBƏROV PAYLAŞDI