Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozub və ondan insanları öldürmək məqsədi daşıyan dron hücumları üçün istifadə edib.

BUTA.TV xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask X hesabında qeyd edib.

“Bu boşluq ötən həftə aradan qaldırılıb. "Starlink" Ukraynanın müdafiəsi üçün çox vacibdir. “Starlink" bağlanarsa, Ukrayna cəbhəsi dərhal dağılacaq. Bu, təhdid deyil, sadəcə faktdır", - deyə Mask vurğulayıb.

Qeyd edək ki, ötən gün Ukraynada “Starlink” xidməti tam bərpa olunub.

Davada öldürülən Ceyhunun oğlu idmançıdır - Foto Davada öldürülən Ceyhunun oğlu idmançıdır - Foto