Bakı şəhərində oktyabr ayı ərzində fərdi yaşayış evləri seqmentində orta qiymət artımı 13,2 % səviyyəsində qeydə alınıb.

Bu barədə BUTA.TV-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.

Məlumata əsasən, fərdi evlər seqmentində ən yüksək qiymət artımı Səbail rayonunda müşahidə olunub – 22,8 %. Nizami rayonunda bahalaşma 16,8 %, Nərimanov rayonunda 15,9 %, Xəzər rayonunda 15,6 %, Nəsimi rayonunda 14,1 %, Sabunçu rayonunda isə 13,2 % həddində olub.

Binəqədi rayonunda fərdi yaşayış evlərinin dəyəri 12 %, Suraxanı rayonunda 10,9 %, Yasamal rayonunda 10,1 %, Xətai rayonunda isə 9,4 % yüksəlib. Qaradağ rayonunda artım 6,5 %, Pirallahı rayonunda isə 7,8 % təşkil edib.

Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - VİDEO