ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanq günlərdir danışılan xəyanət qalmaqalı fonunda vəzifəsindən istefa verib.

“BUTA.TV” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, şirkətin Direktorlar Şurası yeni baş direktorun seçilməsi prosesinə başlayacaq. Vəzifəyə həm şirkət daxilindən, həm də kənardan namizədlər nəzərdən keçiriləcək. Baş direktor vəzifəsinin müvəqqəti icrası isə şirkətin maliyyə direktoru Kolet Kressə həvalə olunub.

Qeyd edək ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla münasibətləri barədə yayılan məlumatlardan sonra “Nvidia” müstəqil araşdırmaya başlayıb. ABŞ xüsusi xidmət orqanlarının həmin qadının Çin kəşfiyyatı ilə mümkün əlaqələrindən şübhələndiyi iddia olunur.

Məlumat üçün bildirək ki, Censen Huanq əməkdaşlara ünvanladığı açıq məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edərək həmkarlarından, Direktorlar Şurasından və səhmdarlardan üzr istəyib.

Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir