Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-sı Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

“BUTA.TV” xəbər verir ki, görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-leytenant” və “general-mayor” ali hərbi rütbələrinin verilməsi haqqında Azərbaycan Prezidentinin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.

General-polkovnik Zakir Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Təltif olunan zabitlər - Zaur Rüstəmov, Hikmət Əliyev və Elnur Ələsgərli öz növbələrində göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha bir vəkil həbs edildi Daha bir vəkil həbs edildi