Xəbər verdiyimiz kimi, Fərda İmanov BDU-nun prorektoru vəzifəsindən azad edilib.

BUTA.TV xəbər verir ki, Fərda İmanov 1957-ci il martın 13-də Bakıda anadan olub. 1964-1974-cü illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbdə oxuyub. Ali təhsilini 1974-1979-cu illərdə Leninqrad Hidrometeorologiya İnstitutunda Hidrologiya fakültəsində alıb.

1982-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunun əyani aspiranturasına daxil olub və 1984-cü ildə həmin ali məktəbdə fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada namizədlik dissertasiya işini müdafiə edib. 1997-ci ildə Tiflis Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada doktorluq dissertasiyasını müdafiə edib və coğrafiya elmləri doktoru elmi dərəcəsini alıb.

1979–1981-də baş laborant, 1985-1990-də baş elmi işci (Qurunun hidrologiyası kafedrası, Leninqrad Hidrometeorologiya İnstitutu), 1991-1992-də assistent (Qurunun hidrologiyası kafedrası, Leninqrad Hidrometeorologiya İnstitutu) olub.

Daha sonra isə BDU-da fəaliyyətini davam etdirib: 1993-1998 BDU-da baş müəllim (Hidrometeorologiya kafedrası) olub, 2005-ci ildən Hidrometeorologiya kafedrasının müdiridir.

2011-2016-cı illərdə BDU-nun Coğrafiya fakültəsinin dekanı kimi çalışıb.

2021-ci ildə BDU-da tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışırdı.

Fərda İmanov 226 elmi əsərin və 15-dən artıq dərslik və monoqrafiyanın müəllifidir.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, artıq onun adı ABU-nun saytında prorektorların siyahısından da çıxarılıb. Bu isə F.İmanov barədə qərarın artıq dünən verildiyi anlamına gəlir.

Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq