Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanılıb.

BUTA.TV Xitab24.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, “Mersedes” markalı avtomobilin sürücüsü Anar Şirinov dönmə işıqlarından istifadə etmədiyi üçün saxlanılıb. Bu zaman onun sərxoş olduğu üzə çıxıb. Lakin keçmiş məmur alkotester cihazını tələb olunan qaydada üfürməyərək, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bundan başqa, o, polis əməkdaşları ilə mübahisə etməyə başlayıb. Nəticədə hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb və sürücü 5-ci Polis Bölməsinə aparılıb.

İnsident yaradan Anar Şirinov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 150 manat cərimə olunub.

Qeyd edək ki, A.Şirinov vaxtilə müxtəlif dövlət orqanlarında, o cümlədən diplomatik korpusda və keçmiş Nəqliyyat Nazirliyində çalışıb. O, hazırda özəl sektorda fəaliyyət göstərən şirkətlərdən birinin direktorudur.

Azərbaycanlı və erməninin bu görüntüsü müzakirələrə səbəb oldu Azərbaycanlı və erməninin bu görüntüsü müzakirələrə səbəb oldu