Ən uzunmüddətli COP olsa da - Razılığa gələ bilmədilər
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ölkələrin uzanan müzakirələrdə razılığa gələ bilməməsindən sonra bu gün axşam saatlarında başa çatıb.
“BUTA.TV” xəbər verir ki, “Antalya Paktı” qəbul edilməyib.
Bu gün sədrlik tərəfindən dərc olunan son saziş layihəsinə Avropa İttifaqı (Aİ), Norveç, Panama və Marşall adaları da daxil olmaqla bir sıra ölkələrin etiraz etməsi nəticəsində BMT tarixinin ən uzunmüddətli iqlim konfransı olan COP31-də razılaşma əldə edilməyib.
Belə ki, konfransın bitdiyini elan edən COP31-in prezidenti Murat Kurum gecə-gündüz demədən birlikdə çalışdıqlarını və toplantıdan daha güclü nəticə əldə etməyi hədəflədiklərini bildirib.
BMT-nin Baş katibi Antonio Quterreş COP31-in əhatəli bir nəticə üzərində razılıq əldə olunmadan başa çatmasından dərin məyusluq hissi keçirdiyini bildirib.
A. Quterreş qeyd edib ki, bu uğursuzluq faktları dəyişmir:
“Danışıqlar masasında razılıq əldə olunmaya bilər, amma elmi həqiqətlərlə bağlı heç bir qeyri-müəyyənlik yoxdur”.
O, həmçinin zəngin ölkələri iqlim maliyyələşdirməsinin ən çox ehtiyacı olanlara çatmasını təmin etmək barədəki öhdəliklərini yerinə yetirməyə çağırıb.
Paytaxtda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər