Qarabağ döyüşlərində 2 il 6 ay əsirlikdə olan qazi Faiq Şikar oğlu Məmmədov vəfat edib.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, F.Məmmədov infarkt nəticəsində həyatını itirib.

Bildirilib ki, uzun illərdir Mingəçevir şəhərində məskunlaşmış mərhum bu gün Ağdam rayonunda dəfn olunacaq.

Qeyd edək ki, F.Məmmədov 1992-ci ildə əsir düşüb. O, 2 il 6 ay düşmən əsirliyində qaldıqdan sonra oradan qaça bilib.

Azərbaycanlı və erməninin bu görüntüsü müzakirələrə səbəb oldu Azərbaycanlı və erməninin bu görüntüsü müzakirələrə səbəb oldu