Bakıda bu rayonlarda 1 gün su olmayacaq
Magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.
BUTA.TV xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, suyun əvvəlki rejimlə verilməsi 26.11.2026-cı il səhər saatlarında bərpa olunacaq.
500 manatdan yuxarı ödənişlərlə bağlı YENİ QAYDA - AÇIQLAMA