Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində nə danışıb?
Məlum olduğu kimi, noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin işi üzrə növbəti iclas keçirilib. Qapalı prosesdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni, Milli Məclisin sabiq deputatı İlham Əliyev şahid qismində ifadə veriblər.
“BUTA.TV” Musavat.com-a istinadən bildirir ki, kürəkən İlham Əliyev Əli Kərimlini Bakı Dövlət Universitetində oxuduğu dövrdən tanıdığını deyib.
“Əli Kərimlini universitetin komsomol təşkilatının sədri kimi tanımışam. Heç bir şəxsi münasibətim olmayıb”, – deyə sabiq deputat bildirib.
Şahid Əli Kərimlinin Rusiya ilə əlaqələrinin olub-olmadığı barədə məlumatı olmadığını da deyib.
O, həyat yoldaşının səhhətini əsas gətirərək məhkəmədən onun ifadə verməyə çağırılmamasını da xahiş edib.
Timur Mehdiyev isə Əli Kərimlini qiyabi tanıdığını bildirib. “Əli Kərimlini bütün Azərbaycan tanıyır. Lakin onunla mənim və ailəmizin heç bir əlaqəsi olmayıb”, – deyə o vurğulayıb.
Timur Mehdiyev atasının Rusiyaya məktub yazdığı barədə iddianı rədd edib.
“Barselona” prezidenti Bakıda belə əyləndi - Video