Xəbər verdiyimiz kimi, memar Elçin Əliyev sosial şəbəkə hesabında Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edilməsi barədə paylaşım edib.

“BUTA.TV”nun məlumatına görə, Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələ Səbail Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir.

“Xüsusi mülkiyyətdə olan həmin qeyri-yaşayış sahəsinin uzun illərdir istifadə olunan giriş qapısı istismara yararsız olduğundan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müvafiq razılıq sənədi əsasında təmir və restavrasiya olunması məqsədilə müvəqqəti olaraq dəyişdirilmişdir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilmişdi ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən olunub. 

Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir