Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin növbəti məhkəmə iclası keçirilib.

“BUTA.TV”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Ramiz Mehdiyevin ailəsi şahid qismində ifadə verib.

R.Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyev cinayət işi ilə bağlı sorğu-sual edilib, ittiham və müdafiə tərəfinin suallarını cavablandırıblar. “Boz kardinal”ın özü və qızı Kamilə Əliyeva da bu iş üzrə şahiddirlər. Amma onlar hələlik dindirilməyiblər.

Bugünkü proses qalan şahidlərin iştirakı məqsədilə təxirə salınıb.

Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi Həmçinin oxuyunRamiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.

Sail Ağasəlim

Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir