Portuqaliya millisinin sabiq hücumçusu Kriştianu Ronaldo yığmadakı vida matçına hazırkı baş məşqçi Jorje Jezuşun rəhbərliyi olmadan çıxacaq.

“BUTA.TV” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilib ki, buna 41 yaşlı futbolçu ilə mütəxəssis arasında yaşanan münaqişə səbəb olub. Məlumata görə, vida matçında Portuqaliya millisinə Ronaldonun yığmada debüt etdiyi dövrdə baş məşqçi olan Luis Felipe Skolari rəhbərlik edə bilər.

Millinin digər sabiq baş məşqçisi Fernandu Santuşun namizədliyi isə nəzərdən keçirilmir. Buna Santuşun 2022-ci il dünya çempionatında Ronaldonu ehtiyat oyunçular skamyasında saxlamasından sonra tərəflər arasında münasibətlərin pisləşməsi səbəb olub.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin heyətində 234 oyuna çıxaraq 146 qol vurub. O, yığmada 2003-cü il avqustun 20-də Qazaxıstana qarşı keçirilən matçda debüt edib.

Bakı-Sumqayıt yolu üçün yeni plan... Bakı-Sumqayıt yolu üçün yeni plan...