Türkiyədə seçkilərin tarixi bəlli olub: 14 mayda prezident və parlament seçkiləri eyni gündə keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu sözləri siyasi analitik Asif Nərimanlı deyib.

O bildirib ki, çətin seçki olacaq:

“Bu seçkilərin təkcə Türkiyənin yox, Azərbaycanın, ümumilikdə regionun da gələcəyinə təsiri olacaq.

14 maya qədər Azərbaycanın üçtərəfli razılaşmalarla bağlı, xüsusilə 10 noyabr bəyanatının 4-cü bəndinin (erməni qoşunların çıxarılması) icrası istiqamətində praktiki addımlar ata biləcəyi də istisna deyil.

Ümumilikdə təkcə Türkiyədə yox, bizim regionda da maraqlı proseslər gözlənilir”.

İlham Əliyev Türkiyəyə səfər edəcək İlham Əliyev Türkiyəyə səfər edəcək