Estoniya Rusiya səfiri Vladimir Lipayevi ölkədən çıxarır.

BUTA.TV xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz Rusiya ilə münasibətlərdə paritet prinsipinə əməl edirik, bu o deməkdir ki, Rusiya səfiri Estoniya səfiri Rusiyanı tərk etdiyi vaxtda gedəcək”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Rusiya XİN Estoniya səfirinin ölkəni tərk etməsi üçün 7 fevrala qədər vaxt qoyub.