Ərdoğan Kahramanmaraşa getdi - SON DƏQİQƏ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəlzələdə ən çox zərər çəkmiş bölgələrdən olan Kahramanmaraş şəhərinə gedib.
BUTA.TV bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bildirilib ki, Ərdoğan zəlzələdən zərər çəkmiş ərazilərdə yoxlamalar apararaq görüləcək işləri koordinasiya edəcək. Ərdoğanın Kahramanmaraşa səfəri zamanı çadır şəhərciyinə baş çəkdikdən sonra Pazarcık bölgəsinə getməsi gözlənilir. Türkiyə Prezidentinin daha sonra Hataya gedəcəyi planlaşdırılır.