Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.

Bu barədə BUTA.TV-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.