Avropa müdafiə olunmaq istəyirsə, özünü silahlandırmalı və burada istehsal potensialını sürətləndirməlidir.

BUTA.TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

O, eyni zamanda Avropa Hava-Müdafiə Konfransının başladılmasını zəruriliyini ifadə edib.

Bundan əlavə, Ukrayna böhranına toxunan Makron bildirib ki, Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırdır:

“Ukraynalıların özlərini müdafiəsi üçün dəstəyimizi və səylərimizi artırmalıyıq”.