Oqtay Əliyevin dəfn yeri dəyişdirildi
Ötən gün avtomobil qəzasında həlak olan tanınmış prodüser Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.
"BUTA"nın məlumatına görə, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. Məlumatı ailə üzvləri təsdiq edib.
Qeyd edək ki, ötən gün O.Əliyevin Mehdiabad qəbiristanlığında dəfn olunacağı bildirilirdi.