Sentyabr müharibəsi ilə cəzalandırıldıq - Qriqoryan
Biz (Ermənistan hakimiyyəti – red.) Sentyabr müharibəsi (2022-ci il 12-14 sentyabr sərhəd toqquşması – red.) və digər əməllərlə cəzalandırıldıq, lakin Qarabağda baş verənlər bu məntiqə sığmır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, dəfələrlə Rusiyadan bu vəziyyətin niyə yarandığını soruşublar:
“Dəfələrlə olub: Çaylaqqala, Fərrux, dekabrın əvvəlindən kəsilən Laçın yolu, indi körpünün üstü (Həkəri körpüsündə sərhəd-keçid məntəqəsi nəzərdə tutulur – red.). Bu hərəkətlər artıq insident deyil, reallıqdır. Rusiya 2020-ci ildə Qarabağ sakinlərinə təhlükəsizlik zəmanəti vəd edib. Qarabağın erməni sakinləri də bu zəmanətlərə qulaq asaraq geri qayıtdılar. Amma bu zəmanətlər işləmir. Qarabağda həmişə rusiyapərəst əhval-ruhiyyə olub və Ermənistan xarici siyasət vektorunu dəyişməyib”.
Qriqoryan Laçın yolunda baş verən bütün hadisələrə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü qeyd edib:
“Rusiya regionda qalarsa, başqa cür hərəkət etməlidir. Ermənistan üçün çox vacibdir ki, ermənilər Qarabağda yaşasın, hüquq və təhlükəsizlik təminatları alsın. Bunun üçün çoxsaylı addımlar atılır”.
Qubalı iş adamına Moskvada iş kəsildi