Konqo Demokratik Respublikasının İturi əyalətində torpaq mübahisəsi səbəbindən silahlı toqquşma yaşanıb.

BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 3-ü təhlükəsizlik işçisi olmaqla 12 nəfər ölüb.

Bundan əlavə, iki polis və iki əsgər itkin düşüb.

Bildirilir ki, hadisəyə səbəb iki kənddən hansının torpaq sahəsinə sahib olması ilə bağlı fikir ayrılığıdır.