Bu gün səhər saatlarından etibarən Krımda Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarının evlərində axtarışlara başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov deyib.

“Səhər saat 4-dən etibarən ruslar Baxçasaray şəhəri və baxçasaray rayonunda Krım tatarların evlərində axrarışlara başlayıblar”, - Çubarv bildirib.

Onun sözlərinə görə, axtarışlar Ruslan Asanov, Seydamət Mustafayev, Rəmzi Nemətullayev, Əbdülməcid Seytumerov, Ametxan Umerov və Eldar Yaqubovun evlərində aparılıb.

Çubarovun fikrincə, bu axtarşlar avqustun 23-də Kiyevdə keçirilən Krım Platformasının üçüncü sammitinə görə Krım tatarlarından qisas almaq üçün aparılır.