Belarus narahatdır: Polşa ordusu əsgər sayını artırır
Polşa ordusunun 300 min nəfərə qədər artırılması “Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında” müqaviləni pozacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Belarus müdafiə nazirinin köməkçisi Valeri Revenko deyib.
Revenko bildirib ki, sözügedən müqaviləyə görə, Polşa ordusunun sayı 234 min nəfəri keçə bilməz.