“Qarabağ” klubu “Olimpiya” - “Qarabağ” qarşılaşmasının canlı yayımı ilə bağlı rəsmi açıqlama yayıb.

BUTA.TV açıqlamanı təqdim edir:

“Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman TV” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman TV” bu oyunu canlı yayımlandıra bilmir.

Yayımla bağlı məsuliyyəti birbaşa “İdman TV” kanalı daşıyır”.