İran ilə Türkiyə arasında əldə edilən razılaşma əsasında 6 məhbus dəyişdirilib.

BUTA.TV xəbər verir ki, bu barədə İran ədliyyə nazirinin insan hüquqları və beynəlxalq məsələlər üzrə köməkçisi Əsgər Cəlalian məlumat verib.

O, Türkiyədən 3 iranlının, İrandan isə 3 türkiyəlinin ölkələrinə geri qaytarıldığını bildirib.