Quba-Xaçmaz yolunda avtoqəza baş verib, yaralılar var.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Aleksiyevka kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Quba-Xaçmaz yolu bağlanıb, yolda uzun tıxac yaranıb.

İlkin məlumata görə, iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - DİN-dən açıqlama - Video - Yenilənib Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - DİN-dən açıqlama - Video - Yenilənib